POLİTOLOQ: “ƏSAS MÜZAKİRƏ MÖVZUSU ENERJİDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçirilib. 

Politoloq İlqar Vəlizadə TİA.AZ-a görüş barədə fikirlərini bildirib.

Onun sözlərinə görə, üçtərəfli formatda müzakirələr əsasən üç istiqaməti əhatə edib:

“Regionda və ümumilikdə, Avropada enerji təhlükəsizliyinin təmin olunması əsas müzakirə mövzusudur. İkinci istiqamət, yeni nəqliyyat infrastrukturunun yaradılması ilə bağlıdır. Üç ölkəni əhatə edən və birləşdirən daha bir sfera da var. Hər üç ölkələrin xalqları türk Oğuz qolunun nümayəndələridir. Hər üç ölkənin əhalisinin əksəriyyəti eyni dildə danışır. Bizim mədəniyyətimiz, ənənələrimiz eynidir. Bu, humanitar münasibətləri inkişaf etdirməyə imkan veir. Bu, üç əsas istiqamət – bizim üçtərəfli münasibətləri tənzimləyən və əsasını qoyan istiqamətlərdir ki, bu üçtərəfli format bu istiqamətlər üzərində qurulub”.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri ötən gün Bakı görüşündə 2017–2020-ci illərdə üç ölkənin gələcək əməkdaşlığı üzrə yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər.

İlahə