“Ermənistanın COP29 tədbirləri ərəfəsində təxtibat törətmək istəyi onun sülh danışıqları ilə bağlı məsələlərə destruktiv mövqeyinin göstəricisi ola bilər. Bögə ətrafında kifayət qədər mürəkkəb geosiyasi durumun olduğu nəzərə alınarsa bu rəsmi İrəvanın suyu bulandırmaq cəhdi kimi qiymətləndiriləcək”.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında politoloq Elşən Manafov bildirib.
Onun sözlərinə görə, başqa məsələdir ki, İrəvanın bu sayaq davranışına region dövlətlərinin, habelə kollektiv Qərbin mövqeyi kifayət qədər fərqli olacaq. ABŞ və Fransa tərəfindən Ermənistanın silahlandırılması, Avropa Birliyi müşahidə missiyasının Azərbaycana qarşı həyata keçirdiyi “binokl diplomatiyası”nın rakursunda bəlli tərəflər baş verə biləcək təxribat aksiyalarına görə Ermənistanı deyil, məhz rəsmi Bakını məsul tutmağa çalışacaqlar çünki Paşinyan rejimi deyil, məhz prezident Əliyev Qərbin bölgə ilə bağlı geosiyasi maraqlarına yox deyən siyasi xadimdir.
“Regionda stabillik və təhlükəsizliklə bağlı problemlərin həllinə töhfə vermək üçün o əməkdaşlıq münasibətlərinə önəm verir, bir tərəfin başqa bir tərəfə qarşı geosiyasi mahiyyət kəsb edən maraqlarının yanında durmağa ehtiyac duymur, balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursunu həyata keçirir.
Kollektiv Qərbin müstəqil və suveren siyasət yeridən siyasi elitalara münasibəti nəzərə alınarsa, rəsmi İrəvan məhz belə destruktiv tərəflərin sifarişi ilə təxribata gedə bilər. Hazırda Azərbaycan və ABŞ, habelə bizim Avropa Birliyi ilə münasibətlərimizdə yaşanan bəlli gərginlik konteksində Ermənistanın bütün bunlardan yararlanmaq üçün addım ata biləcəyini istisna etmək olmaz. Lakin regionun digər dövlətləri, xüsusilə Türkiyə və Rusiya ilə münasibətlərdə yarana biləcək gərginliyin konteksində rəsmi
İrəvan destruktiv mövqedən çəkinməlidir. Zira əvvəla belə bir mövqe onu rəsmi Bakı ilə təkbətək qoyacaq, region dövlətləri isə bölgənin təhkükəsizlik arxitekturasını şifarişlı şəkildə Qərbin xeyrinə dəyişmək istəyən
Ermənistana təzyiqlərini gücləndirməli olacaqlar”.
Dəniz Pənahova