POLİTOLOQ: “ERMƏNİLƏR SƏRHƏDDƏ YAŞAYAN ƏHALİSİNİ PSİX HESAB EDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilər o qədər acizdirlər, mövqeləri nahaqdır ki, yalan da düzüb -qoşa bilmirlər”.  

“Ermənilər o qədər acizdirlər, mövqeləri nahaqdır ki, yalan da düzüb -qoşa bilmirlər”. 

Bu sözləri TİA.AZ-a Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanın Azərbaycanı BMT TŞ qətnamələrinə riayət etməməkdə ittiham etməsi məsələsinə münasibət bildirərkən politoloq Mübariz Əhmədoğlu deyib:

“Əgər biz BMT Təhlükəəsizlik Şurasını qətnaməsini yerinə yetirə bilmiriksə, onda Ermənistan yerinə yetirsin. BMT qətnamələrində deyilir ki, erməni birləşmələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır. Azərbaycan əməl etmirsə, onda Ermənistan əməl etsin, qoşunlarını torpaqlarımızdan çıxartsın. Əsas maraqlısı odur ki,  onların mövqeləri o qədər səhvdir ki, əsaslandıra da bilmirlər, onun üzərində yalan da qurub danışa bilmirlər.

2009-cu ildə, təxminən 7-8 il bundan qabaq İtalyada Yenilənmiş Madrid prinsipləri qərarı qəbul edildi. Sənədin altında 3 həmsədr ölkə przidentlərinin imzası var. Yenilənmiş Madrid prinsiplərinin 1-ci maddəsində göstərilir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbayacana qaytarılmalıdır. Diplomatik ifadə, ibarə yumşaltma, ikibaşlı, üçbaşlı söz yox, məhz qaytarılmalıdır deyə yazıblar. Qaytarsınlar da 7 rayonumuzu! Ermənistan özü deyir ki, biz Yenilənmiş Madrid prinsiplərini danışıqlar üçün, tənzimləmək üçün əsas işini qəbul etmişik. Yenilənmiş Madrid prinsiplərini adını qoydular həmsədr ölkə prezidentlərinin imzaladığı 5 bəyanat. 5 bəyanat də həmən şeydir. Onun da 1-ci maddəsində göstərilir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbayacana qaytarılsın.

Onlar o qədər haqq-ədalətədən uzaqdırlar k, intellektlərini işə salsalar da yenə də öz mövqələrinə haqq qazandıra bilmirlər. Ona görə də Azərbaycanın üstünə günah, şər atırlar”.

Tutulan divirsent hadisəsinə münasibətini bildirən M.Əhmədoğlu deyir ki, əvvəl onlar belə bir hadisənin baş vermədiyini deyib, xəbəri təkzib etdilər:

“Azərbaycan tərəfi ermənin adını və familiyasını deyəndən sonra bildirdilər ki, Doveq kəndində belə bir adam yoxdur. Daha sonra dedilər həmin insan ruhi xəstədi, psixdi. Başa düşə bilmirəm. Atəşkəs illərində Ermənistandan Azərbaycana 35 adam keçib. Ermənilər hamısına da deyib ki, ruhi xəstədir, psixdir. Deməli, onda rəsmi Yerevan – Ermənistanın Müdafiə Naziri Ermənistanın Azərbaycanla sərhəddə yaşayan əhalisini psix, xəstə hesab edir”.


İlahə