POLİTOLOQ: “CƏBHƏDƏ HƏR AN HƏRBİ ƏMƏLİYYATLAR BAŞLAYA BİLƏR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Azərbaycana silah satan ölkələr içərisində xüsusi çəkiyə malikdir”. 

“Rusiya Azərbaycana silah satan ölkələr içərisində xüsusi çəkiyə malikdir”.


Bu sözləri TİA.AZ-a Rusiyanın Azərbaycana ən müasir silahlar satmaqda davam etməsinə münasibət bildirərkən politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, digər sahələrdə olduğu kimi, hərbi sahədə də Azərbaycanın müxtəlif ölkələrlə əməkdaşlığının şahidiyik:

“Bu günlərdə Bakıya növbəti hərbi texnikaların Xəzər dənizi vasitəsi ilə gətirildiyi məlumatını aldıq. Silah satışı bu il ərzində davam edəcək. Ümumimiyyətlə, ölkəmiz mütəmadi olaraq ordusunu müxtəlif ölkələrdən alınan ən yeni silahlarla təzələyir. Eyni zamanda Rusiya Ermənistan ordusunu da silahlarla təchiz etməkdə davam edir. Ermənistana satılan silahların əksəriyyəti köhnəlmiş silahlardı. Adətən belə silahları Rusiya erməni ordusuna göndərir. Təbii ki, ordumuzun günü – gündən güclənməsi Azərbaycanın danışıqlar masası arxasında mövqeyini getdikcə möhkəmkəndirəcək. Artıq heç kəsdə şübhə yoxdur ki, İrəvan da daxil olmaqla ordumuz ildırım surətiylə işğal edilmiş torpaqları azad etməyə qadirdir. Lakin, “xristian klubu” və bəzi qonşuluqdakı dövlətlərə Cənubi Qafqazda bu münaqişənin olması sərfəlidir. Cəbhədə vəziyyət olduqca kövrəkdir. İstənilən halda hərbi əməliyyatlar başlanıla bilər. Bu dəfə hərbi əməliyyatlar başlanılarsa, bütün torpaqlar ordumuz tərəfindən azad olunacaqdır. Ermənilər kimlərəsə arxayın olaraq həyasızlıq etməkdənsə başa düşməlidirlər ki, onların bel bağladığı heç bir dövlət bu münaqişənin müharibə mərhələsində onlara açıq – aşkar dəstək istəsə belə, edə bilməyəcəkdir. Bunun üçün səbəblər var”.

Qeyd edək ki, hazırda Rusiyanı düşündüən əsas məsələ silah satışından daha çox pul qazanmaq, iqtisadiyyatdakı tənəzzülü və büdcədəki kəsiri aradan qaldırmaqdır. Rusiya neftdən sonra ən böyük gəliri məhz silah satışından götürür. Moskva indiyə qədər Ermənistana ən azı 3 milyard dollara yaxın silahı borc şəklində verib. Ancaq İrəvanın bu borcu qaytarmağa və yeni silahlar almağa gücü yoxdur.

İLAHƏ