POLİTOLOQ :”AZƏRBAYCAN ERMƏNİLƏRƏ REFERENDUM KEÇİRMƏYƏ İMKAN VERMƏYƏCƏK”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan heç bir halda Dağlıq Qarabağda ermənilərə referendum keçirməyə imkan verə bilməz”
 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu TİA.AZ-a bildirib ki, ermənilər referendum keçirib, müstəqillik elan edə bilməyəcək: “Həm Şimali İraqdakı kürdlər, həm də Kataloniya hiyləgər gediş etdilər. Hər ikisi referendum keçirib, özmüqədərratını təyin etdilər, xalqlarının müstəqilliyə “hə”sini qazandılar. Ancaq hər ikisi də referendum nəticəsinə uyğun olaraq müstəqilliklərini elan etmədilər. Çünki həm İraqdakı kürdlərin, həm də İspaniyadakı katalonların müstəqillikləri onlara baha başa gələcəkdi, biri Avrasiya bölgəsində, digəri Arvopada dərin böhran yaradacaqdı. Separatçılar indiki şəraitdə risqə getmədilər. Bağdad və Madrid sakitləşə bilərlərmi? Əsla. Şimali İraq və Kataloniyadakı referendumlar iki dövlətin ərazi bütövlükləri üzərində “demokl qılıncı” kimi qalacaq. Əllərində referendumun nəticəsi olan separatçılar münasib vaxt gözləyəcəklər. Elə məhz bu səbəbə görə Azərbaycan heç bir halda Dağlıq Qarabağda ermənilərə referendum keçirməyə imkan verə bilməz.”

NÜŞABƏ
TİA.AZ