Politico: Putin bir telefon zəngi ilə Trampın Ukraynayla bağlı fikrini dəyişdi

Politico: Putin bir telefon zəngi ilə Trampın Ukraynayla bağlı fikrini dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə telefon danışığından sonra Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Belə ki,Rusiya prezidenti ilə bu söhbət Amerika liderini tezliklə Vladimir Zelenskiyə hazırkı cəbhə xəttində münaqişəyə son qoymağın vacibliyini söyləməyə vadar edib.

Bir neçə gün əvvəl Ukraynaya “Tomaqavk” raketlərinin tədarükü müzakirə edilmişdi, lakin “bir telefon zəngi ilə Putin yenidən prezident Trampın Ukrayna ilə bağlı fikrini dəyişdi” və ərazi güzəştləri mövzusu artıq gündəmə gətirilib, – Politiko nəşri qeyd edib.

Reuters xəbər verir ki, oktyabrın 17-də Ağ Evdə keçirilən görüşdə Donald Tramp Vladimir Putinlə təkcə Ukrayna üçün deyil, həm də Rusiya üçün təhlükəsizlik təminatlarından danışıb

.Dəniz Pənahova