Xəbər verdiyimiz kimi, ötən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsində polis tərəfindən keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərilib.
Bu zaman əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Tribunainfo.az-ın məlumatına görə, “Real TV” hadisə baş verən ərazidə olub.
Hadisə yerindən görüntüləri təqdim edirik: