Polisin öldüyü dəhşətli qəza ilə bağlı rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb. 

Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb.

DİN-dən TİA.AZ-a verilən məlumatda bildirilib ki, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi “Porşe” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail RPİ PPXB-nin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Dobla” markalı avtomobilə vurub. Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Səbail RPİ tərəfindən araşdırma aparılır.