Fransanın şimalındakı Rouen şəhərində polis sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, saat 06.45-də Ruandakı sinaqoqdan tüstünün gəldiyi barədə polisə məlumat verilib.
Bıçaqla silahlanmış şəxs hadisə yerinə gələn polis əməkdaşına hücum edib. Bunun üzərinə polisin vurduğu şəxs dünyasını dəyişib.
Mayer-Rossignol hadisədə şübhəli şəxsdən başqa heç kimin ölmədiyini, Rouendəki yəhudi icmasını dəstəklədiyini bildirib.