ABŞ növbəti dəfə ölümcül polis zorakılığının şahidi oldu.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, qaradərili qadın, kimsə onun bağına girdiyi üçün evinə çağırdığı polis tərəfindən başından vurularaq öldürülüb.
Hadisənin görüntülərində qaynar su ilə dolu qazan götürən qadına polis tərəfindən xəbərdarlıq edildiyi və dərhal sonra güllələndiyi görünür.
Atəş açan zabit Sean Grayson qətl və vəzifə pozuntusunda ittiham olunur.
ABŞ-ın İllinoys ştatının paytaxtı Sprinqfilddə qaradərili qadın evinə çağırdığı polis tərəfindən qətlə yetirilib.
36 yaşlı Sonya Massey gecə 911-ə zəng edərək iyulun 6-da kiminsə onun bağına girdiyini iddia edərək polisə xəbər verib.