Pişiyi öldürüb “TikTok”da paylaşan şəxs saxlanılıb.
Tribunainfo.az xəbər verir ki, “TikTok” sosial şəbəkə istifadəçilərindən biri öldürdüyü pişiyin videosunu paylaşıb.Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin 1990-cı il təvəllüdlü Goranboy rayon sakini Nizami Səlimov olduğu müəyyən edilib. O, yaydığı videoda pişiyi quşları yediyi üçün öldürdüyünü bildirib.
Goranboy Rayon Polis şöbəsində N.Səlimov barəsində qanunamüvafiq tədbir görülüb