İrəvan meri Tiqran Avinyana qarşı inzibati xəta törətməsi ilə bağlı protokol tərtib edilib. Tribunainfo.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətində məlumat yayıb.
Xatırladaq ki, Avinyan seçki kampaniyası zamanı “İrəvanın son ceyranını” sürdüyü videoda iştirak etmişdi. O, müvafiq sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün cərimələnib. Bundan əlavə, avtomobil idarə edərkən təhlükəsizlik kəməri bağlanmayıb. D kateqoriyalı sürücülük vəsiqəsi yoxdursa, cərimə 25 000 dram, təhlükəsizlik kəməri olmadan nəqliyyat vasitəsini idarə etməyə görə isə 10 000 dramdır.