Polis özünü Kür çayına ataraq intihar etmək istəyən gənc qızı xilas edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvanda Mühafizə Polisinin əməkdaşları gənc qızın intiharının qarşısını alıblar

 

Şirvanda Mühafizə Polisinin əməkdaşları gənc qızın intiharının qarşısını alıblar

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şirvan şəhərində körpüdə xidmətdə olan Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları – polis serjantları Rəşad Əliyev və Həmid Əhmədov oradan keçənlərin arasında səssiz dayanaraq Kür çayına baxan qızın hərəkətləri şübhə doğurduğundan onu diqqətlə izləməyə başlayıblar.

Nazirlikdən bildirilib ki, həmin qızın qəflətən məhəccərin digər tərəfinə keçdiyini görən əməkdaşlar dərhal ona yaxınlaşıblar. Məlum olub ki, qız özünü çaya atmaq istəyirmiş. Polis əməkdaşları ani hərəkətlə onu tutaraq təhlükəsiz əraziyə çıxarıblar.

Şirvan Şəhər Polis Şöbəsinə təhvil verilən qızın Sabirabad rayonunun Qarağac kənd sakini F.Ə olduğu məlum olub.

Araşdırma aparılır.