Gürcü polisi Tiflisin Çavçavadze prospektində “Dəyişikliklər üçün Koalisiya”nın liderlərindən biri, “Qırçi – Daha Azadlıq” partiyasının yaradıcısı Zura Girçi Caparidzeni həbs edib.
Tribunainfo.az yerli mediaya istinadla xəbər verir ki, onunla bərabər daha bir neçə nəfər saxlanılıb.
Saxlanılanlardan birinin müxalif fəallardan olan Luka Mişveladze olduğu məlum olub.
Hadisə şahidləri deyirlər ki, polis vətəndaşları polis məntəqələrinə toplayır, orada amansızcasına döyür, fiziki təzyiqlər edir. Vətəndaşlar onlar üçün təhlükəsiz olmasa da, binaların girişlərinə və həyətlərinə sığınıblar – maskalı təhlükəsizlik qüvvələri də onları tapmaq üçün girişləri yoxlayırlar.
Polis nümayişçiləri Rustaveli prospektindən sıxışdırdıqdan sonra aksiya iştirakçıları Çavçavadze prospektinə keçiblər. Rustaveli metrostansiyasının vestibülündə bir neçə nəfər, o cümlədən jurnalist Giorgi Çaqelişvili həbs edilib.