Los-Ancelesdə etiraz aksiyaları zamanı Avstraliyanın 9news telekanalının müxbiri Loren Tomasi polis tərəfindən rezin güllə ilə vurulub.
Hadisə birbaşa efir zamanı baş verib və həmin an telekanalın yayımına düşüb.
Tribunainfo.az xəbər verir ki, daha sonra efir kəsilib. Bildirilir ki, xəsarət alan jurnalist və operator təhlükəsiz yerə gediblər.
Avstraliya senatoru Sara Hanson-Yanq baş nazir Entoni Albanizeni ABŞ prezidenti Donald Trampla görüşdə bu məsələni qaldırmağa çağırıb.
“O, prezidentə ilk növbədə deməlidir ki, bizim jurnalistlərimizə atəş açmağı dayandırsın”, – deyə senator bildirib.
Sky News-un məlumatına görə, etirazlar zamanı britaniyalı fotoqraf Nik Stern də rezin güllədən xəsarət alıb. O, bud nahiyəsindən yaralanaraq xəstəxanaya yerləşdirilib.