Havaidə 56 yaşlı bonsai ağacı oğurlanıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, polis 78 yaşlı David Fukumotonun işlətdiyi bonsai baxım mərkəzindən oğurlanan ağacı hər yerdə axtardığını bildirib.
Ağacın sahibi Fukumoto “övladım qaçırılmış kimi hisss edirəm. Bu mənim ilk bonzaim idi. 56 yaşlı bir ağacdır. Mənim üçün çox dəyərlidir” deyə bildirib.
Oğurlanan ağacın dəyəri açıqlanmayıb. Polis işçisi Ken Quiocho oğrunun ağacı tanıyan və çox dəyərli olduğunu bilən birinin olduğunu deyib.
Ken Quicho məqsədlərinin “oğurlanan ağacı tapmaq və sahibinə təsim etmək” olduğunu bildirib. Bunun üçün polis xalqdan kömək istədiyini də bildirib.