Argentina II liqasında baş tutan “Almaqro” – “Atletiko Parana” matçında azarkeşlər arasında qalmaqal baş verib.
Argentina II liqasında baş tutan “Almaqro” – “Atletiko Parana” matçında azarkeşlər arasında qalmaqal baş verib.
TİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, qalmaqalı sakitləşdirmək istəyən polislər odlu silahdan istifadə etməyə məcbur olublar. Polisin silahdan açdığı atəşdən biri ev sahibinin futbolçusu Franko Quirozun başına dəyib. Güllə rezindən olduğu üçün futbolçu ciddi xəsarət almayıb.
Xəstəxanada açıqlama verən Quiroz çox qorxduğunu deyib. Hazırda hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilir.