Polis əməliyyatlar keçirdi – 59 nəfər saxlanılıb

Polis əməliyyatlar keçirdi – 59 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 7-də ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Tribunainfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 195, o cümlədən borclu şəxs qismində axtarışda olan 155 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.