Polis 141 homoseksualı saxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada polis paytaxt Cakartada yerləşən saunaya basqın təşkil edib. 

İndoneziyada polis paytaxt Cakartada yerləşən saunaya basqın təşkil edib.


TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, 141 nəfər “homoseksual seks yığıncağı” təşkil etməkdə və iştirakda günahkar bilinir.

Ölkənin Açe bölgəsindən başqa digər ərazilərdə homoseksuallıq qeyri-qanuni hesab edilmir, lakin son dövrlərdə LGBT təşkilatına təzyiqlər artıb. Bildirilir ki, həbs edilənlər bu yığıncaqda iştirak etmək üçün 1 dollar ödəyib və onlar pornoqrafiya ilə əlaqədar qanunları pozmaqda günahkar bilinəcəklər.

Qeyd edək ki, kişilərin saunada striptizlə məşğul olduğu bildirilir və pornoqrafik hərəkət olaraq dəyərləndirilir.