backend

POÇTLARDA DEKODER QITLIĞI-ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 noyabr tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb və rəqəmli televiziya yayımına keçilib.  1 noyabr tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb və rəqəmli televiziya yayımına keçilib. 

Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.

Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. 

Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər. Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. 

Analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür. “Bu günə qədər Bakı, Sumqayıt və Abşeronda rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün poçt şöbələrində 1500 dekoder (“Set-Top-Box”) satılıb. Daha 3000 dekoder isə bu gün poçt şöbələrinə paylanılacaq”. 
Bunu APA-ya Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov  bir neçə gün öncə demişdi. 

Lakin poçt şöbələrinin heç də hamısından  dekoderləri tapmaq mümkün deyil.

Hətta facebook istifadəçiləri də dekoderlərin tapılmadığından şikayət edir. Rahil Əliyev adlı istifadəçi dekoder əldə edə bilmədiyini bu şəkildə bildirib: “Şikayətim AzəriPoçt dandır. Dekoder satışını 22 azn yazıb yapışdırıblar, poçt idarələrinin qapılarına. Amma gedirsən yoxdur. 

Çox sadə qazanc üsülü tapıblar. Hər gün poçtda 5-10 ədəd satıb, bitdi, deyirlər. Amma əlaltdan Sədərək və 8-ci km bazarlarında 35 azndan almaq olur. Əgər bunun satışı poçt idarələrində mümkündürsə, o zaman bazarlara necə gedib çıxır?  

Hər bir problemdə bir qazanc yolu tapa bilirik.

Edilən zənglərə yazılan maillərə də heç bir cavab yoxdur.”