Plastik cərrahın əməliyyat zamanı canlı yayın açması ilə bağlı – ARAŞDIRMA BAŞLADI

Plastik cərrahın əməliyyat zamanı canlı yayın açması ilə bağlı – ARAŞDIRMA BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cərrahın əməliyyat zamanı canlı yayın açması faktı araşdırılır.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Bakupost.az -a bildirilib ki, məsələnin qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib.

“Tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə “Azər-Türk Med” klinikasında plastik cərrahın əməliyyat zamanı TikTok platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb.