PLAGİATDA İTTİHAM OLUNAN ALİMDƏN CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həmmüəllifi olduğum Azərbaycan tarixi 10-cu siniflər üçün dərslik layihəsinin xeyli hissəsinin(!!!) materialların oğurluq (plagiat) olması haqqında uzun müddətdir ki, bəzi tarixçilər irad bildirilir”. 

“Həmmüəllifi olduğum Azərbaycan tarixi 10-cu siniflər üçün dərslik layihəsinin xeyli hissəsinin(!!!) materialların oğurluq (plagiat) olması haqqında uzun müddətdir ki, bəzi tarixçilər irad bildirilir”.


Bu sözləri TİA.AZ-a tarixçi alim Kamran Əsədov bildirib. Onun sözlərinə görə, dərslik layihəsinin xeyli hissəsində yox cəmi bir neçə paraqrafda müəyyən uyğunluqlar var: 

“Bu uyğunluqların da əsas səbəbi istifadə edilmiş tarixşünaslıq materiallarının eyni mənbədən götürülməsidir. İkincisi, həmin nəşrdə (2001) verilmiş material bütünlüklə Ziya Bünyadovun 1989-cu ildə çap olunmuş (daha sonra 2007-ci ildə təkrar çap olunmuşdur) “Azərbaycan VII-IX əsrlərdə” adlı əsərindən köçürülmüş (bax. səh. 227-246) və bu mənbə dərsliyin sonunda göstərilməmişdir. Həmin dərslikdəki IX-XI əsr Azərbaycan dövlətlərimizlə bağlı digər mövzular (Salarilər dövləti, Rəvvadilər dövləti, Şəddadilər dövləti, qismən Şirvanşahlar dövləti) haqqında da bunları söyləmək olar. Daha dəqiq desək, həmin mövzuların (o cümlədən, hazırkı layihəyə daxil edilmiş) bir əsas mənbəyi vardır: M.X.Şərifli. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı, “Elm” nəşriyyatı, 1978, 344 səh. M. Şəriflinin Orta əsr mənbələrini, özündən əvvəlki tədqiqatçıların əsərlərini araşdıraraq bu fundamental əsəri ərsəyə gətirmiş (əsər bu yaxınlarda təkrar nəşr edilmişdir), sonralar isə bu dövrə müraciət edən hər kəs birbaşa və ya dolayısı yolla həmin tədqiqatdan istifadə etmişdir (akademik Z.Bünyadovun yuxarıda göstərilən əsərində Sacilər dövləti mövzusu, AMEA Tarix institutu tərəfindən nəşr olunan və akademik N.Vəlixanlının müəllif olduğu VII cildlik Azərbaycan tarixinin II cildində təqdim olunan IX-XI əsr dövlətlərimizlə bağlı mövzular, ayrı-ayrı ali məktəblərin çap etdirdiyi “Azərbaycan tarixi” kitablarda bəhs olunan mövzular məhz M.Şəriflidən götürülmüşdür). 2001-ci ildə nəşr olunan Azərbaycan tarixi dərsliyindən fərqli olaraq, hazırkı layihədə istifadə edilən mənbələr, əsərlər göstərilmişdir”.

Alim deyir ki, son 15-20 il ərzində Azərbaycan məktəblərində tədris olunan Ümumi tarix dərsliklərindəki materialların mühüm bir hissəsi keçmiş sovet dərsliklərindən (Korovkin, Agibalova və b. müəllif olduqları) köçürülmədir. Belə ki, həmin dərsliklərin müəllifləri nəşr etdirdikləri dərsliklərə bu köçürdükləri elmi əsərlərin adını belə dərsliklərə əlavə etməmiş, rus-sovet alimlərinin fikrlərini oğurlayıb, öz beyinlərinin məhsulu kimi təqdim etmişlər:


“Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi üzrə ekspertlərin tövsiyələrindən fərqli olaraq, saytlarda həmmüəllifi olduğum dərsliyə irad adlandırılan rəydə dərslik layihəsi müəlliflərinə iradlar tutlsa da, hazırki layihəyə özünü tarixçi adlandırıb, bizi itiham edənlərin kitaba yardım edəcək ciddi təklifləri verilməmişdir. Verdikləri təkliflər ibridai sinif səviyyəsindən də aşağı səviyyədədir və demək olar ki, heç biri qəbul edilməyib. Əksinə, dərslik layihəsi hər vəchlə aşağılanmış, beləliklə, nəinki müəlliflərin, eyni zamanda onu qiymətləndirən Təhsil Nazirliyinin ekspertlərinin, DİM əməkdaşlarının zəhməti yumşaq desək, şübhə altına alınmışdır. Müəlliflər 10-cu siniflər üçün hazırlanmış, Ümumi tarix dərslik layihəsinin geniş ictimai müzkirəyə çıxardığına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə minnətdarlığını bildirir. Müzakirələr zamanı respublikamızın qabaqcıl pedaqoji işçiləri tərəfindən qeyd edilən dəyərli rəy və təkliflər dərslik layihəsinin daha da təkmilləşdirilməsinə yardımçı olmuşdur. Müəlliflər həm də Təhsil Nazirliyinin dərslik layihələrinin qiymətləndirilməsi üçün AMEA-nın müvafiq insitutlarına göndərilməsini alqışlayr, gələcəkdə də bu tendensiyanın davam etdirilməsini arzulayır”.

K.Əsədov deyir ki, AMEA-nın institutlarında yaradılmış qiymətləndirmə üzrə işçi qrupu üzvlərinin həmin ildə tenderə çıxarılmış dərslik layihələrininin yazılmasında iştirak edib – etməmələri də diqqət mərkəzində saxlanılsın:

“Sonda bərbad vəziyyətdə tenderə kitab təqdim edib biabırçıcasına məğlub olanlara tövsiyyə edirəm ki, məğlubiyyətidə bacarmaq lazımdır. Şou-biznes adamları kimi heç bir əsası olmayan qalmaqal yaratmaqdansa, gedib tarix oxusunlar, kurikulumu mənimsəsinlər və növbəti dərslik tenderlərinə qatılsınlar.


Qeyd edək ki, tarixçi-alim Leyla Hüseynova 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsinin plagiat olması ilə bağlı müəyyən fikirlər səsləndirib. O, Təhsil Nazirliyin müsbət qiymətləndirdiyi dərsliyin plagiat olduğunu deyərək, bunu AMEA-nın Tarix İnstitutunun aşkarladığını bildirib. L.Hüseynova yeni dərslik layihəsində ciddi elmi səhvə yol verildiyini qeyd edib:
“Bu, şagirdləri bir-birinə zidd iki elmi fakt qarşısında qoyacaq. Bütün tarix müəllimlərinə məlumdur ki, uzun illər köhnə dərsliklərdə Aratta dövlət qurumu verildiyi halda 2013-cü ildə çap olunmuş 6-cı sinif “Azərbaycan tarixi” dərsliyindən mövzu çıxarılıb. Çünki bu mövzu ətrafında müxtəlif fikirlər formalaşmış, Aratta qurumunun dərsliklərə salınmaması doğru hesab edilmişdi. Lakin layihə müəllifləri bu mövzunu yenidən proqrama salıblar”.


İlahə