Plagiat qalmaqalı: “Səmada Görüş” və “Ruhunun səsini dinlə” arasında bənzərliklər

Plagiat qalmaqalı: “Səmada Görüş” və “Ruhunun səsini dinlə” arasında bənzərliklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc yazar Sabina Nasifin “Səmada Görüş” adlı fəlsəfi-poetik romanının ideyalarının avqust ayında nəşr olunan İbrahim Mehdiyevin “Ruhunun səsini dinlə”
kitabında açıq vizual və konseptual oxşarlıqlar göstərdiyi bildirilir.

Tribunainfo.az xəbər verir ki, məsələ yaradıcılıqda orijinallığın qorunması və müəllif hüquqlarının təminatı kontekstində diqqət çəkib.

Gənc yazar Sabina Nasif bildirib:

“Mən Sabina Nasif, “Səmada Görüş” adlı fəlsəfi-poetik romanın müəllifiyəm. Kitabım cari ilin mart ayında Qanun nəşriyyatında dərc olunub.
Avqust ayında eyni nəşriyyatda İbrahim Mehdiyevin “Ruhunun səsini dinlə” adlı kitabı çap edilib. Kitabı oxumaq imkanım olmasa da, həm üz qabığında, həm də kitabın təqdimat təsvirində “Səmada Görüş”lə açıq vizual və ideya bənzərlikləri mövcuddur.
Mən bunu şəxsi narazılıq kimi deyil, yaradıcılıqda orijinallığın və müəllif kimliyinin qorunması zərurəti kimi dəyərləndirirəm. Hər kitab öz ruhunu və səsini daşımalıdır — bu, həm müəllifə, həm oxucuya, həm də ədəbiyyata hörmətin göstəricisidir”.

Qeyd edək ki, Sabina Nasifin mart ayında dərc olunan “Səmada görüş” romanının üz qabığnın ideyası da müəllifə məxsusdur.

Eyni zamanda kitabların üz qabığında nəşriyyat da məsuliyyət daşıyır. Oxşar üz qabığında dərc olunan dizayn oxucuların alış qərarına təsir göstərə və onları səhvən əsərin digər müəllifə aid olduğunu düşünməyə yönəldə bilər.

Dəniz Pənahova