PKK terror təşkilatı Deyrizordakı neft yataqlarını ələ keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PKK terror təşkilatı Suriyanın Deyrizor şəhərində neft bölgələrini işğal edir.

 

PKK terror təşkilatı Suriyanın Deyrizor şəhərində neft bölgələrini işğal edir.

Xezerxeber.az məlumat verir ki, PKK Fərat çayının şərqində yerləşən Deyrizorun 22 kilometr şərqindəki Cefre neft yatağını ələ keçirib.

Xatırladaq ki, Suriyada PKK/PYDyə qarşı sentyabrın 9-da ABŞ dəstəyi ilə başlayan Deyrizor əməliyyatı davam edir. Deyrizorun şimalınadək irəliləyən PKK/PYD son olaraq şəhərin şimal-şərqində Suvar bölgəsini, şimal-qərbdən isə Fərat çayının sahilindəki Kasra bölgəsini ələ keçirmişdi. Sentyabrın 24-də isə Deyrizorun şimal-şərqindəki ən böyük qaz yatağı olan “Konoko”yu ələ keçirilib.

Qeyd edək ki, Suriyanın ən böyük neft yataqlarından 11-i Fərat çayının şərqində yerləşir. Deyrizoru ikiyə bölən Fərat çayının şərqindəki “Əl Ömər”, “Tanak”, “Vard”, “Afra”, “Kevari”, “Cefre”, “Carnuf”, “Azrak”, “Kahar”, “Şueytat” və “Galban” neft yataqları təxmini hesablamalara görə Suriyanın ehtiyatlarının təqribən üçdəbirini təşkil edir.