PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.

Bu barədə Tribunainfo.az NTV-yə istinadənxəbər verir.

3Açıqlamada terror təşkilatının lideri Abdullah Öcalanın “silahı yerə qoyun” çağırışına əməl ediləcəyi qeyd edilib: “PKK olaraq çağırışın məzmunu ilə olduğu kimi razıyıq və öz cəbhəmizdən çağırışın tələblərinə əməl edəcəyimizi bildiririk. Bu gündən atəşkəs elan edirik. Hücum edilmədikcə heç bir qüvvəmiz silahlı hərəkətə keçməyəcək”.

PKK açıqlamada partiyanın qurultayını çağırmağa hazır olduqlarını qeyd ediblər, bunun üçün uyğun təhlükəsizlik mühitinin yaradılması və konqresin uğuru üçün Öcalanın şəxsən rəhbərlik etməsi tələbini irəli sürüblər.

Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.