Belçika və Avstriyada keçirilən əməliyyatlar nəticəsində PKK-nın Avropada narkotik maddə satışı ilə məşğul olan qanadı zərərsizləşdirilib.
Belçika və Avstriyada keçirilən əməliyyatlar nəticəsində PKK-nın Avropada narkotik maddə satışı ilə məşğul olan qanadı zərərsizləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə “Belqa” informasiya yayıb.
Şəbəkə üzvlərinin narkotik maddə satışında Almaniya, Fransa Avstriya, Belçika, Hollandiya, İsveç kimi ölkələrlə yanaşı Avropanın təxminən yarısında narkotik bazarına nəzarət etdiyi bildirilib. PKK-nın rəhbərliyi altında fəaliyyət göstərən şəbəkənin hər il narkotik satışından əldə etdiyi milyonlarla avronun terrorçuların maliyyələşdirilməsinə sərf edildiyi müəyyən edilib.