PKK ilə Ermənistan Xarici İşlər Nazirliyini nə birləşdirir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan PKK terrorçularını bütün vasitələrlə dəstək verir”. 
“Ermənistan PKK terrorçularını bütün vasitələrlə dəstək verir”.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, Ermənistan PKK terrorçularına pasport verir: “PKK terrorçuları başda Avropa olmaqla müxtəlif ölkələrə Ermənistan pasportu ilə səyahət edirlər. Hətta Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi haqda məlumatlar hesabatlarda yer alıb. Bu məsələdə ən fəal yer Ermənistanın Parisdəki səfirliyidir. PKK-ya pul və tibbi xidmətlər də buradan təmin edilir”.

G.Gülbey qeyd edib ki, PKK liderlərindən Murat Karayılanın istifadə etdiyi telefon Ermənistan Xarici İşlər Nazirliyinin balansına aiddir.

“Bu, Ermənistan-PKK işbirliyini sübut edən əsas faktlardan biridir”, – deyə o bildirib.