Ötən gün sosial şəbəkə istifadəçilərinin “Pizzaland” adlı restoranın səhifəsində etirazlar bildirməsi diqqətimizi çəkdi. Ötən gün sosial şəbəkə istifadəçilərinin “Pizzaland” adlı restoranın səhifəsində etirazlar bildirməsi diqqətimizi çəkdi.
“Qara bizneslər özlərini tanıtmaqda və uğurlu reklam kompaniyası başlatmaqda aciz olurlar, elə məhz sizin kimi”. “Qara piarınız mübarək”, “Qadın seks obyekti deyil ki, üzərindən “deşik” adlı reklam aparıb, müştəri cəlb edəsiniz” kimi şərhlərdə etirazlarını bildirənlər restoranı tənqid ediblər. Məlum oldu ki, feysbuk istifadəçilərinin etirazlarının səbəbi “Pizzaland” restoranının “Sərfəli Deşik” adlı kompaniya başlatması, xüsusilə bunun reklamında qadın obrazından istifadə etməsidir.
Müxtəlif vaxtlarda şəhərin bəzi hissələrində şirkət və müəssisələrin, hətta kiçik obyektlərin, çay evlərinin belə reklamlardan istifadə etməsini, hətta qeyri-etik plakatlarla reklam qurmasının şahidi oluruq. Həmin müəssisələr bu şəkildə daha çox müştəri cəlb etməyə çalışırlar.
Bəs həqiqətən, belə reklamlar insanların diqqətini çəkirmi? Əslində hüquqi cəhətdən reklamlar necə təşkil olunmalıdır?
Suallımızı cavablandıran tanınmış vəkil Qurban Məmmədovun sözlərinə görə belə anti-reklamlar müxtəlif yaş kateqoriyasında olan insanların diqqətini cəlb edir. Vəkil söyləyib ki, sosial şəbəkələrdə, ictimaiyyətdə belə reklamların müzakirə olunması yeni yaranan həmin şirkətlərə bir qədər də kütlə qazandırır:
“Gəlin etiraf edək ki, bu kompaniya diqqət çəkməsə idi, sosial şəbəkədə bu qədər müzakirə olunmazdı və nə siz məndən soruşmazdınız, nə də mən cavablandırardım. Bununla şirkət hətta əlavə reklam olunmuş oldu. Adətən, bəzi şirkətlər, yeni yaradılan müəssisələr daha tez reklam olunmaq üçün belə üsullara əl atırlar. Boş yerə demirlər ki, anti-reklam özü də bir reklamdır. Həmin restoran bu hərəkəti edib və artıq hər kəs onun bu kompaniyasını tənqid etdiyini düşünərək, əslində reklam edir. Bu strategiya belədir ki, yeni fəaliyyətə başlayanda həmin şirkət reklamını bu cür qurur, bir müddət sonra həmin kompaniyanı yığışdırıb, normal fəaliyyətinə davam edir.
Bütün bunlar hamısını nizamlamaq üçün reklam haqqında qanunvericilikdə reklamın şərtləri nəzərdə tutulub. Reklamın adından tutmuş, Azərbaycan dilinin dil-üslub xüsusiyyətlərinə, əxlaqa uyğun reklamların verilib-verilməməyi ilə bağlı bütün hüquqi şərtlər var. Əgər bu kompaniya, reklam ilk baxışdan seksual xarakterli mesaj verirsə, işlədilən ifadə bu şəkildə anlaşılırsa, buna etiraz edənlər reklamla bağlı mütləq şəkildə Reklam Agentliyinə müraciət etməlidir. Hər bir reklam qeydiyyatdan keçirilməlidir, rüsum ödənilməlidir.
Bununla brendin əmtəə nişanı qorunub saxlanılır”.
Q.Məmmədov sosial şəbəkə istifadəçilərinə burada həmin şirkəti tənqid etmək əvəzinə hüquq müstəvisində məsələni müzakirə etməyi məsləhət görüb. O bildirib ki, elə etmək lazıəmdır, reklam daha da böyüməsin:
“İstənilən halda qapalı, qadağan olunan, adi həyat tərzinə uyğun olmayan bir şey insanlarda maraq yarda bilir.
Reklam qanunvericiliyin pozulması ilə bağlı konkret məsuliyyət müəyyən olunub. Bu reklamın həmin xarakterdə yayılması haqqında Reklam Agentliyinə şikayət daxil olarsa, araşdırılma aparılır və şirkətin səhvi sübut olunduqda cəza müəyyənləşdirilir”.
Sözügedən kompaniya və sosial şəbəkə istifadəçilərinin etirazları ilə bağlı şəkilləri təqdim edirik: