Piyadaların üzərinə su sıçradan sürücüləri hansı cəza gözləyir?

Piyadaların üzərinə su sıçradan sürücüləri hansı cəza gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Piyadaların üzərinə su sıçratmaq xüsusilə yağışlı havalarda və yolda su dolu gölməçələrin olduğu zaman həm təhlükəsizlik, həm də etik baxımdan ciddi bir məsələdir. Tribunainfo.az xəbər verir ki, Azərbaycanda belə hallarda sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində tətbiq olunan cəza müvafiq qanunvericiliklə tənzimlənir. Yol Hərəkəti Qaydaları və Yol Hərəkəti Haqqında qanuna görə, sürücünün piyadalarla qarşılaşdığı zaman onların hüquqlarına hörmət etməsi vacibdir. Bu cür hərəkətlər xüsusilə piyadaların üzərinə su sıçratmaq sürücülər üçün nəzərdə tutulan cəzalarla nəticələnə bilər.

Buna görə də bir çox vətəndaşa maraqlıdır ki, belə hallar yaşandıqda həmin sürücünü hər hansı bir cəza gözləyirmi?

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Toğrul Nəsirli Milli.Az-a açıqlamasında bildirib ki, sürücülər yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar:

 

“Unutmaq olmaz ki, su və ya palçığın yolda piyadalara, binalara, nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibatı məsuliyyət yaradır”.

 

Belə hallara səbəb olan sürücüləri hansı hüquqi tədbirlər gözləyir?

 

“Belə sürücülər aşkar edildikdə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsiylə inzibati tənbeh tədbirləri tətbiq ediləcək”, – deyə Toğrul Nəsirli qeyd edib.