Piyada gəzməyin yaradıcılığa faydası- Puşkin gündə 32 km gəzib… ARAŞDIRMA

Piyada gəzməyin yaradıcılığa faydası- Puşkin gündə 32 km gəzib… ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi piyada gəzməyin sağlamlığa bir çox faydaları vardır.

Məsələn, piyada gəzmək həyat üçün vacib orqan və sistemləri möhkəmləndirir, ürək-damar sistemi xəstəlikləri ehtimalını azaldır, sümüklər daha möhkəmlədir, qan təzyiqi normallaşır, beynin oksigen tədarükü artır, əzələlərin işi və yuxu da yaxşılaşır.

Aparılan araşdırmalar nəticəsində, cəld yürüməklə saatda orta hesabla 400-420 kalori, 2 saatda 800 kalori yandırmaq mümkün olduğu müəyyənləşdirilib. Gəzinti uzun müddət gənc qalmağınıza kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır. Hər gün gəzintiyə çıxan insanlarda özünə qiymət vermə artır, qorxu və həyacan azalır, eyni zamanda enerji axını hiss edirlər.

Bu kimi faktları sadalamaqla qurtarmaz.

Amma gəzinti həm də insanın beyin fəaliyyətini yaxşılaşdırır,yaradıcı insanların təxəyyülünü, yaradıcı düşüncə və zehnin potensialını artırır, insana yeni ideyalar verir.

Bir sözlə piyada gəzməyin fizioloji xeyrindən başqa yaradıcılığa da xeyri  olduğundan bir çox yaradıcı insanlar-görkəmli şairlər, yazıçılar, alimlər  tez-tez piyada gəziblər.

Buna bariz misal olaraq böyük rus şairi Aleksandr Sergeyeviç Puşkini misal çəkmək olar.

Puşkinin tarixçiləri və müasirləri yazır ki, Puşkin piyada gəzməyi çox sevirdi. Bu ona yaradıcılığında ilham verirdi.

Puşkini karetada gedən nadir hallarda görmək olardı (Qeyd:Bu həm də qənaət idi, çünki at saxlamaq çox baha başa gəlirdi, Puşkinin isə gəliri çox deyildi) Şair Peterburqu çox vaxt piyada gəzirdi .

O tez-tez  tezdən paytaxtdan çıxıb, Srednyaya Roqatkada bir stəkan şərab içib, nahara Tsarskoye Seloya(indiki Puşkin şəhəri)  gəlib çatırdı və ordakı bağları gəzdikdən sonra eyni yolla geri qayıtdı.

Bunu tarixçi və ədəbiyyatşünas Pyotr Bartenev də təsdiq edir : “Puşkin çox və uzun müddət gəzməyi sevirdi. Rusiya boyu səyahətləri zamanı o, tez-tez bütöv bir stansiyanı gəzirdi. Sankt-Peterburqdan Tsarskoye Seloya qədər təxminən 30 verst-32 km məsafəni (1 verst = 1.0668 km )vecinə almadan qət edirdi. Şair həmişə əsa gəzintiyə çıxırdı”

Təsadüfi deyil ki, Puşkinin bir çox əsərlərinin adları belə adlanırdı: “1829-cu il yürüşü zamanı Ərzruma səyahət”, “V.L.P.-nin səyahəti”, “Sibirə səyahət”, “Moskvadan Sankt-Peterburqa səyahət”. Ümumittifaq Coğrafiya Cəmiyyəti tərəfindən heyrətamiz bir kəşf edilmişdi: Şair qısa ömrü ərzində 34 min 750 kilometr, böyük səyyah N. Prjevalski isə cəmi 30 min kilometr yol qət edib!

Gəzinti zamanı toplanan müşahidələr ona düşüncə və yaradıcılıq üçün material verirdi.

Ona görə də əgər sizə ilham və yaradıcılıq dozası lazımdırsa, o zaman gəzintiyə başlayın! Alimlər sübut etdilər ki, bir saat yarım dərsdən sonra bədənimiz təxəyyülü aktivləşdirən və insanın yaradıcılıq qabiliyyətlərini artıran xoşbəxtlik hormonları istehsal etməyə başlayır.

Yuxarıda sadalananlardan əlavə, qeyd etmək lazımdır ki, piyada gəzmək xərc tələb etmir, gəzinti üçün idman zalına getmək lazım deyil, xüsisi geyimə eytiyac yoxdur. Vacib olan səy göstərmək və hər gün gəzintiyə çıxmaq lazımdır ki, effekti hiss edəsən! 

Maraqlı fakt: Planetin hər bir sakini həyatı boyu orta hesabla piyada  200 min km məsafə qət edir və 400 000 000 addım atır. Bu, Yerdən Aya olan məsafədən daha böyük məsafədir. Amma fikirləşəndə ki, həkimlər sağlamlıq üçün gündə 10.000 addım atmağı məsləhət görürlər bu elə də böyük rəqəm deyil!

İmran Kərimli

Tribunainfo.az