Pivə istehsalçısı “Calsberg Azerbaijan” cərimələndi – QƏRARbackend

Pivə istehsalçısı “Calsberg Azerbaijan” cərimələndi – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon Məhkəməsində “Calsberg Azerbaijan” MMC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkət cərimələnib.

Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: Pivə istehsalı ilə məşğul olan şirkətin qanuni təmsilçisi Alius Antulisdir.