Ötən gün Masallıda baş verən qətl hadisəsi ilə bağlı DİN açıqlama yayıb.
Ötən gün Masallıda baş verən qətl hadisəsi ilə bağlı DİN açıqlama yayıb.
TİA.AZ xəbər verir ki, məlumatda dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirildiyi vurğulanır. DİN mətbuat xidməti M.Quluzadənin könüllü olaraq Lənkəran ŞRPŞ-yə gəldiyini və hadisəni törədərkən istifadə etdiyi “UZİ” markalı silahı və 7 ədəd gülləni təhvil verdiyini açıqlayıb.
ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.
Xatırladaq ki, F.İsmayılov tanınmış avtoritet “Piter Elçin”in kiçik qardaşıdır. Onun böyük qardaşı Maarif İsmayılov bu il iyunun 20-də Sankt-Peterburqda Sofiys meyvə-tərəvəz bazarının qarşısında 27 yaşlı E.Hüseynov tərəfindən qətlə yetirilmişdi.