PİŞİYİ SAYƏSİNDƏ HƏBSƏ DÜŞMƏKDƏN QURTULDU

PİŞİYİ SAYƏSİNDƏ HƏBSƏ DÜŞMƏKDƏN QURTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk dəfədir ki, belə bir qərar qəbul edilir.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, Rusiyadə ictimai yerdə zorakılıq törətməkdə təqsirləndirilən şəxs pişiyi sayəsində həbsdən qurtulub.

Sibir bölgəsinin Kemerovo şəhərində yaşayan 48 yaşlı Sergey B. sərxoş halda başqa bir şəxsə hücum etdikdən sonra ictimai yerlərdə zorakılıq törətdiyi və sənədsiz odlu silah saxladığı üçün məhkəməyə verilib.

İstintaq hesabatında Sergey B-nin sentyabr ayında baş verən hücum zamanı adı açıqlanmayan qurbanı silahla hədələdiyi bildirilib.

Rusiya Cinayət Məcəlləsinə görə, bu ittihamların bəziləri müttəhimin 5 ilə qədər həbsini tələb edirdi.

Lakin məhkəmə təqsirləndirilən şəxsin səhhətinin əlverişsiz olması, polislə əməkdaşlıq etməsi və pişik sahibi olması kimi yüngülləşdirici amilləri əsas gətirərək cəzanın təxirə salınmasına qərar verib.

Rusiyada müttəhimlər yalnız himayəsində olan uşaqları və ya qohumları olduqda cəzanın azaldılmasını tələb edə bilərlər. Rusiya Cinayət Qanununda pişik saxlamaq indiyə kimi heç vaxt yüngülləşdirici amil kimi qəbul edilməyib.

Məlumdur ki, pişiklər Rusiyada insanlar arasında çox populyardır.