Pişiyi pəncərədən atan adam özünü məhkəmədə belə müdafiə etdibackend

Pişiyi pəncərədən atan adam özünü məhkəmədə belə müdafiə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərdən birində pişiyi təpikləyib pəncərədən atan imtahan nəzarətçisinin məhkəməsi başlayıb.

Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, 3 ilə qədər həbsi istənən şəxs məhkəmədə müdafiə çıxışında “İmtahanda olan tələbələrin fikri dağıldı. Ona görə də pişiyi qucağıma aldım, gəldiyi pəncərənin yanında qoydum. Pəncərəni bağladım ki, mən və ailəm, törətmədiyim bir cinayətə görə daima təhqir və söyüşlərə məruz qalıram”, deyib.

İstanbul 60-cı Ağır Cəza Məhkəməsində keçirilən prosesdə həbssiz müttəhim Ferhat A, müttəhimin vəkili, Terakki Vəqfi və İstanbul Vəkillər Kollegiyasının Heyvan Hüquqları Mərkəzinin vəkilləri iştirak edib. İclasda müdafiə çıxışı edən təqsirləndirilən Ferhat A nəzarətçi kimi oxuduğu məktəbdə havanın isti keçməsi səbəbindən sinif otağının pəncərəsinin açıq olduğunu bildirib.