Bakı şəhəri, Pirşağı qəsəbəsi yayın istisində zibilliyin içində qalıb. Qəsəbədə günlərdir təmizlənməyə zibilliyin qozusundan, yaranan anti-sanitar vəziyyətdən sakinlər boğaza yığılıb.
Tribunainfo.az xəbər verir ki, qəsəbənin Səyavuş Kəlbəliyev küçəsi acınacaqkı vəziyyətdədir. Sakinlər bildirir ki, zibili günlərlə daşımırlar. Hətta bu işə məsul olan qurum zibili daşımaq əvəzinə yandırır.
Sakinlər bildirir ki, həm zibilin üfunət iyindən, həm də yandırılan zaman gələn qoxudan həyətlərdə oturmaq mümkün deyil. Zibilliyin vaxtında təmizlənməməsinə görə qəsəbəni həşaratlar basıb.
Sakinlərin tez-tez şikayəti, aidiyyəti qurumlara müraciəti də nəticə vermir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Roman