Pirşağı çimərliyində daha 2 nəfər boğuldu – Biri azyaşlıdır

Pirşağı çimərliyində daha 2 nəfər boğuldu – Biri azyaşlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində 2 nəfər suda batıb.

Tribunainfo.az xəbər verir ki, dünən saat 20 radələrində Pirşağı çimərliyində İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov suda çimərkən boğulublar.

Onların meyiti sudan çıxarılıb.

Ölüm faktları ilə bağlı araşdırmalar aparılır.  (Qafqazinfo)