Pınar Kür vəfat etdi

Pınar Kür vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Azərbaycan əsilli məşhur yazıçısı Pınar Kür vəfat edib.

 Tribunainfo.az xəbər verir ki, 82 yaşlı yazıçı uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Pınar Kür Azərbaycan Cümhuriyyətinin qurucularından olan, Cümhuriyyət dövründə daxili işlər nazirinin birinci müavini vəzifəsində çalışmış Şəfi bəy Rüstəmbəylinin qardaşı nəvəsidir.

Atası Bəhram Kür Şəfi bəy Türkiyədə siyasi mühacir həyatı yaşadığı illərdə əmisinin yanına gedib və yazıçı İsmət Kürlə evliliyindən Pınar xanım dünyaya gəlib.

Şəfi bəy Rüstəmbəyli də 1960-cı ildə İstanbulda vəfat edib və orada dəfn edilib.

Pınar Kür təhsilini ABŞ və Fransada almışdı. O, müasir Türkiyə ədəbiyyatının görkəmli nümayəndələrindən biri hesab edilir.

“Qafqazinfo”