Sabah dənizdən nəşi tapılmıpş pilotumuz Rəşad Atakişiyevin dəfn mərasimi keçiriləcək.
Mərhumla vida mərasimi avqustun 21-də saat 9-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində baş tutacaq. Daha sonra Rəşad Atakişiyevin nəşi ikinci Fəxri Xiyabanda dəfn oluncaq.
Bu barədə mərhumun qaynatası, politoloq Qabil Hüseynli məlumat verib.
Xatırladaq ki, Hərbi Hava Qüvvələrinin “Miq-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev 24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirərkən qəzaya uğrayıb.