“Barselona”nın sabiq futbolçusu Jerar Pike yeni sevgilisi ilə fotosunu yayımlayıb.
Tribunainfo.az xəbər verir ki, fotoya bəyənmədən çox gülüş emojisi gəlib. Şərhlərdə cütlüyə ironiya dolu rəylər yazılıb, bir çox izləyici isə Şakiranı işarələyərək ona dəstək verib.
İzləyicilərdən biri yazıb: “Heç kim bu qızın adını bilməyəcək, çünki o, Şakiraya xəyanət edilən qız olaraq xatırlanacaq”.
Bir izləyici isə “bu təlxəklə xoşbəxt ol” sözlərini yazıb.
Xatırladaq ki, Pike və Şakiranın iki övladı var. Onlar futbolçunun xəyanətindən sonra ayrılıb.
Gülşən Rəsul