Pezeşkiyanın Təbrizə qəfil səfəri: nə baş verir?

Pezeşkiyanın Təbrizə qəfil səfəri: nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkian dünən qəfil Təbrizə gəlib. Tribunainfo.az xəbər verir ki, o, bir neçə saatlıq səfər edib və bəzi şəxslərlə görüş keçirib.

Yerli media səfərin şəxsi məqsəd daşıdığını, Pezeşkianın bir neçə yaxın qohumları ilə görüşmək istədiyini yazıb. Lakin onun dünən Təbirizin nüfuzlu bir neçə şəxsi ilə görüşməsi medianın yazdıqlarını təkzib edib.

Qeyri-rəsmi mənbələrdən gələn xəbərlərdə bildirilir ki, Iran prezidenti Təbrizdə iri iş adamları və nüfuzlu şəxslərlə bir araya gəlib. Bu şəxslər o kəslərdilər ki, Pezeşkianın ikinci turda seçilməsinə dəstək veriblər.

Ehtimal edilir ki, İran prezidenti iş adamları ilə son zamanlar yaranmış iqtisadi böhran məsələsini müzakirə edib. Çünki hökumət vəziyyətdən çıxa bilmir və sanksiyalar səbəbindən devalivasiyanın da önünün almaq imkanlarını itirib.