Bir müddətdir İranın yeni prezidenti Məsud Pezeşkiyanın hansı ölkəyə ilk səfər edəcəyi barədə müzakirələr aparılır. Tribunainfo.az xəbər verir ki, bununla bağlı çeşidli versiyalar irəli sürülüb.
Hətta onlardan biri Pezeşkianın Azərbaycana ilk səfər edə biləcəyi olub. Bu barədə yerli mediada gedən müzakirələrdən belə aydın olurdu ki, İran prezidenti bunu addımı ilə iki ölkə arasında son illər yaşanan gərginlikəri aradan qaldıra bilər.
Lakin dünən məlum olub ki, İran prezidenti ilk səfərini İraqa edəcək. Bu barədə Prezident Admnistrasiyasının rəsmisi Məhəmməd Hüseyn Rancbaran bildirib ki, artıq məsələ qətiləşib. O səfərin yaxın günlərdə baş tutacağını deyib.