İran prezidentinin oğlu Yusif Pezeşkian molla rejimini yumuşaq formada tənqid edib.
Tribunainfo.az xəbər verir ki, o, özünün sosial şəbəkələrdəki bloqunda bu barədə maraqlı fikirlərlə çıxış edib.
Oğul Pezeşkian bildirib ki, Çin II Dünya Müharibədən sonra sürətlə inkişaf edərək, böyük iqtisadi gücə çevrilib. “Onlar bütün bunları səssiz, küysüz həyata keçirdilər. Biz o zaman ayıldıq ki, Çin artıq əjdahaya çevrilib”.
Yusif ritorik bir sual verib: “Bəs, İran nə etdi?” O qeyd edib ki, 1979-cu ildə İran tarixdə görünməyən bir inqilab edib. “Amma Çindən fərqli olaraq, o qədər səs-küylü addımlar atdıq ki, nəticədə, hər şey əleyhimizə çevrildi. Hətta elə şeyləri gur səslə dedik ki, onları etmək iqtidarında deyildik. Biz bu illər ərazində yalnız başqalarına bəhanə verməklə məşğul olduq”.
Fərda Uğur