Pezeşkianın oğlundan Azərbaycanla bağlı daha bir açıqlama

Pezeşkianın oğlundan Azərbaycanla bağlı daha bir açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 günlük İsrail-İran savaşından sonra Tehranın Azərbaycana ittihamlar irəli sürməsi səngisə də, bəzi dairələr hər vəchlə məsələni gündəmdə saxlamağa cəhd edirlər. Tribunainfo.az xəbər verir ki, SEPAH-a bağlı dairələr və ekspertlər Azərbaycanı “ittiham” etmək üçün heç bir əsası olmayan fikirlər səsələndirirlər.

Söhbət guya, müharibə dövründə İsrailin Azərbaycan ərazisindən istifadə edərək, İrana hücum etməsindən gedir. Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian bu barədə xeyli əvvəl açıqlama verərək, bu xəbərlərin yalan olduğunu bildirmişdi.

Bir neçə gün əvvəl İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani də analoji açıqlama ilə çıxış edib. O deyib ki, İsrailin Azərbaycan ərazisindən istifadə etməsinə dair əllərində heç bir sübut yoxdur.

Dünən isə İran prezidentinin oğlu Yusif Pezeşkian Laricaninin açıqlamasına dəstək olan, habelə Azərbaycana qarşı ittihamların dayandırılmasınıə məsləhət görən açıqlama yayıb. O, “X” platformasında yazıb ki, Laricaninin dedikləri Azərbaycana qarşı iftiraları dayandırmağa kifayət edir. “Doktor Laricaninin Ali Milli Təhlükəsizlik Şurasının katibi kimi Azərbaycan Respublikasının İsraillə əməkdaşlığı ilə bağlı mövqeyi mübahisəyə son qoymaq üçün kifayətdirmi? Məncə, kifayətdir”.

Fərda Uğur