Məlum olduğu kimi, İran prezidentinin siyasi müşaviri Mehdi Sənai Azərbaycana səfər edib.
Tribunainfo.az bildirir ki, dünən o, dövlət başçısı İlham Əliyev və Prezidentin müşaviri Hikmət Hacıyevlə görüşüb.
Mehdi Sənai Bakı səfərinin təssüratlarını X Platformasında paylaşıb. “Bu gün mən Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevlə görüşdüm. İki saata yaxın müddətdə iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, eləcə də regional məsələlər müzakirə olunub. İki ölkə arasında münasibətlər problemlərin həlli və genişlənmək üçün müsbət addımların atılması yolundadır”.
Qeyd edək ki, onun Bakıya gəlişi İran prezidenti Məsud Pezeşkianın Azərbaycana aprel ayında mümkün rəsmi səfərinə hazırlıq məqsədi daşıdığı deyilir.
Uğur Rəhimli