Pezeşkianın mətbuat katibindən xəritəli izahat

Pezeşkianın mətbuat katibindən xəritəli izahat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkianın mətbuat katibi Fatimə Mühacirani dünən Tehranda geniş tərkibdə mətbuat konfransı keçirib.

Tribunainfo.az xəbər verir ki, o, bir çox məsələlərə, xüsusən də Zəngəzud dəhlizi mövzusu ilə bağlı geniş açıqlama verib.

Mühacirani Zəndəzur dəhlzi barədə danışarəkən özü ilə gətirdiyi xəritə üzərindən izahat verib. O bildirib ki, sözügedən dəhliz İran üçün təhlükə deyil. “Zəngəzur dəhlizi sərhədlərimiz üçün təhlükə deyil. Zəngəzur dəhlizi kimi tanınan bu bölgə İran-Ermənistan sərhəd xəttinin yalnız kiçik bir hissəsidir. Ölkə mediası məsələni şişirdərək elə təqdim edir ki, sanki İran bütün şimal sərhədini itirib. Əslində isə bu, bizim üçün ciddi sərhəd itkisi anlamına gəlmir”.

P.S. Görəsən, bundan sonra İrandakı mollalar susacaqlar? Dövlətin rəsmisi, ölkəni idarə edən şəxslər problem görmədikləri halda, bu əmmaməlilər nəyi arqument gətirəcəklər?

Fərda Uğur