Pezeşkiandan etiraf: “Bizi işləməyə qoymurlar”

Pezeşkiandan etiraf: “Bizi işləməyə qoymurlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkian dünən keçirdiyi iclasda bəzi etiraflar edib. Tribunainfo.az xəbər verir ki, o, bir çox qərarların icrasında ciddi problemlərlə üzləşdiyini bildirib.

Pezeşkian qeyd edib ki, ölkədə əsas qərarları qəbul edən hakimiyyətin hər üç qolunun başçıları – Prezident, Parlamentin sədri və Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri, qərarlarının icrasında maneə ilə qarşılaşır. “Hakimiyyətin hər üç qolunun rəhbərləri bəzi məsələləri həyata keçirmək qərarına gəlib, amma biz bunu edə bilmirik. Bir qrup qərarların icrasına icazə verməlidir”.

Fərda Uğur