İranın yeni prezidenti Məsur Pezeşkian dünənki andiçmə mərasimindən sonra üzərinə götürdüyü bütün vəzifələri yerinə yetirəcəyini, iranlıların hüquqlarını, ölkənin sərhədlərini, siyasi, iqtisadi və mədəni müstəqilliyini qoruyacağını vəd edib.
Tribunainfo.az xəbər verir ki, yeni prezident bölgə ilə də bağlı danışıb. O deyib ki, “Qonşularımız öz dəyərli resurslarını gərginliyə və rəqabətə sərf etməməlidirlər”.
O, həmçinin vurğulayıb ki, xarici aktorların regionda nizamlanma və sülh proseslərinə heç bir aidiyyatı yoxdur.