İranın tanınmış analitiklərindən olan, Tehran Universitetinin professoru Sadiq Zibaikəlam prezident Pezeşkianla bağlı maraqlı açıqlama verib.
Tribunainfo.az xəbər verir ki, o, İran prezidentini tənqid etdiyini desə də, onun siyasətinin doğru olduğunu vurğulayıb.
Zibaikəlam qeyd edib ki, Pezeşkianda Səttərxan və Şeyx Xiyabaninin xromosomları yoxdur. “Kaş Pezeşkianda Azərbaycanlı olan Şeyx Məhəmməd Xiyabani və Səttar Xandan xromosom olaydı! Onun daha mücadiləçi olmasını istəyirəm”.
İranlı analitik indiki vəziyyətdə Pezeşkianın tənqid edilməsinə qarşı olduğunu da bildirib. “Onu ittiham edirlər, tənqid deyirlər, lakin bu yanlışdır. Əgər yenə seçki olsa, yenə Pezeşkiana səs verərdim. Çünki o, bacardığı qədər inqilabi və radikal cərəyanlara təslim olmayıb”.
Fərda Uğur