Pezeşkian Xameneiyə səsləndi: Müharibəyə girməyin!backend

Pezeşkian Xameneiyə səsləndi: Müharibəyə girməyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın yeni prezidenti Məsud Pezeşkiyan dünən ölkənin dini lideri Əli Xamineyi ilə görüşüb. Tribunainfo.az xəbər verir ki, bu barədə “İran İnternational” kanalı yerli mənbələrə istinadən xəbər yayıb.
Həmin xəbərdə deyilir ki, Pezeşkiyanın Xamineyi ilə görüşünə səbəb İsrail məsələsi ətrafında yaranmış gərginliklə bağlı olub. Telekanal iddia edib ki, İran prezidenti dini rəhbərdən İsraillə aktiv müharibəyə girməməyi xahiş edib. O bildirib ki, HƏMAS liderinin öldürülməsinə adekvat cavab verilməsi qısa zamanda və konkret şəkildə həyata keçirilməlidir. “Pezeşkiyan Xamineyiyə çatdırıb ki, əgər İran İsraillə aktiv müharibəyə başlayarsa, bu İran üçün fəlakətli nəticələrə səbəb ola bilər. O izah edib ki, İsrail İranın əsasən infrastrukturlarını və eünerji resurslarını hədəfə alacaq. Bu isə İranın iqtisadiyyatının dağılması və ölkənin çökməsinə gətirib çıxaracaq”.
İranın dini liderinin bu məsələyə hansı reaksiya verdiyi məlum deyil.