Pezeşkian Rusiyaya gedir: strateji sənəd imzalanacaqmı?

Pezeşkian Rusiyaya gedir: strateji sənəd imzalanacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Rusiya arasında uzun müddətdən bəri müzakirə olunan və bütün sahələri əhatə edən strateji sənədin imzalanması mümkün ola bilər. Tribunainfo.az xəbər verir ki, bu barədə İran XİN-i açıqlama yayıb.
Həmin açıqlamada deyilir ki, sözügedən sənəd üzrə bütün razılaşmalar tamamlanmaq üzrədir. Nazirliyin mətbuat katibi İsmail Bəqayi isə deyib ki, sənəd gələn ilin yanvarın sonunda Moskvada imzalana bilər.
Bu əsnada, İran prezidenti Məsud Pezeşkianın yanvarda Rusiyaya səfər edəcəyi gözlənilir. İndiyə qədər Rusiya prezidenti Vladimir Putin tərəfindən üç dəfə Kremlə dəvət edilən Pezeşkian, bunların heç birini qəbul etməyib. Lakin yanvarda səfərin baş tutacağı istisna edilmir.
Bu onunla bağlıdır ki, Suriya hadisələrindən sonra İran çəmbərin daraldığının fərqindədir. Növbənin ona çatdığını Tehran özü də gizlətmir. Elə bu səbəbdəndir ki, Tehran rəsmiləri mütəmadi olaraq əks cavablar verərək, atacaqları addımlardan danışırlar.
Belə vəziyyətdə İran meydanda tək qalmamaq, həm də hərbi yardım almaq üçün Rusiyadan başqa hər hansı bir ölkə ilə müttəfiq olmaq imkanına sahib deyil. Hətta “ən yaxın dost ölkə” dediyi Çinin də geri çəkiləcəyi və İranı meydanda qoyacağı da dəqiqdir.
Burada bir məsələ də var ki, pezeşkian hökuməti Qərblə ümumi dil tapacağını və sanksiyaların qismən yüngülləşcəyinə ümid edirdi. Həmin ərəfədə Rusiya ilə sözügedən sənədi imzalamağı yubadırdı. Ki, Qərb bunu bəhanə etməsin. Amma son olaylardan sonra tam əmin oldular ki, Qərb anlaşmaya getməyəcək. Ona görə də, uzun tərəddüddən sonra İran bu sənədin imzalanmasına razılıq verdi.